Türkiyənin Tekirdağ valiliyinin Çorlu mahalında sərnişin avtobusuna minən bir qadının çantasından çıxardığı bıçaqla sürücünü qarnından qəfil bıçaqladığı haqda məlumat vermişdik.
Cinayət hadisəsi ilə bağlı ŞOK DETAL üzə çıxıb.
Dünən gecə sərnişin avtobusunda sürücü Ferhan Y.-nı bıçaqlayan qadının Azərbaycan əsilli Türkan A. olduğu məlum olub.
Nəzarətə alınan Türkan A. avtobus sürücüsünü niyə bıçaqladığı haqda tükürpədici detalı etiraf edib. Türkan Ferhan Y.-nın 8 yaşlı qızına təcavüz etdiyini deyib. Ferhan Y. isə Türkanın iddialarının əsassız olduğunu deyib:
"Bəli o çoxdan tanıdığım bir qadındır, burada pis bir şey yoxdur. Mənim günahım varsa, heç çölə çıxmağıma aman verməzlər. Mən çantadan gediş kartını çıxardır zənn etdim".
İfadələri alınan hər iki şəxs sərbəst buraxılıb.//milli
Sərnişin avtobusunda yaşanan olay isə təhlükəsizlik kamerasında anbaan görüntülənib:
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub