Oğuzda fərdi yaşayış evində qaz sızmasından partlayış olub, ana və oğlu xəsarət alıb.
Mynews.az xəbər verir ki, Oğuz Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, mayın 4-ü saat 18:30 radələrində rayonun Calut kənd sakinləri - 1961-ci il təvəllüdlüLeyla Talıb qızı Həsənova və onun oğlu, 1980-ci il təvəllüdlü Elnur Mərdan oğlu Həsənovbədənlərinin 3-cü dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Ana və oğluna xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra vəziyyətlərini nəzərə alaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.
Oğuz Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Leyla və Elnur Həsənovların yaşadığı evdə olub. Qaz sızması nəticəsində anidən alovla müşahidə edilən partlayış baş verib.
Faktla bağlı araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub