Bakının Nərimanov rayonunda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisəyə “Mercedes” markalı avtomobilin sükanı arxasında olan Elnarə Məmmədovanın ara məsafəsi saxlamaması səbəb olub.
Belə ki, Azadlıq prospektində hərəkətdə olan “QAZ-3110” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında qəfil əyləci basıb. Onun arxasınca gələn, Yusifov Rövşən adlı sürücünün idarə etdiyi “Daewoo” markalı taksi zamanında əyləcdən istifadə edə bilib. Ancaq sonda gələn E.Məmmədova idarəetməni itirərək “Mercedes”lə qarşıdakı iki avtomobilə çırpılıb.
Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub