Bakıda gecə saatlarında 41 yaşlı qadınla tanış olmaq istəyən şəxs onu döyüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Füzuli meydanının qarşısında 1976-cı il təvəllüdlü Günay Qurbanova yolu piyada keçərkən “Mercedes” markalı avtomobilin sürücüsü tanış olmaq üçün ondan telefon nömrəsini istəyib. Lakin qadın ona rədd cavabı verib.
Rədd edildiyi ilə barışmayan şəxs avtomobilindən enərək qadına yaxınlaşıb və onunla mübahisə edib. Daha sonra sürücü (hələlik adı açıqlanmır) onun üz nahiyəsinə bir neçə zərbə vurub. G.Qurbanovanın qulağı cırılıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub