Azərbaycanın kriminal qruplaşmaları arasında gedən amansız mübarizənin daha bir qanlı epizodunun videogörüntüləri yayılıb.
Mynews.az Yeniçağ.Az-a istinadən xəbər verir ki, kriminal aləmə yaxın mənbənin məlumatına görə, Rafiq Eyvazov 2016-cı ilin əvvəlində İstanbulda Rövşən Lənkəranskinin əmisi oğlu ilə görüşərək, müəyyən məbləğ qarşılığında azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) qardaşlarının ( onlardan biri “qanuni oğru”dur) yerini söyləməyə razılıq verib.
Bir müddət sonra bundan xəbər tutaraq əsəbiləşən “Lotu Quli” Eyvazovun ələ keçirilərək, Azərbaycan mafiya qaydalarına əsasən, cəzalandırılmasına göstəriş verib. Bildirilir ki, Qulinin adamları tezliklə, Eyvazovu tutaraq vəhşicəsinə döydükdən sonra onun qulağını da kəsiblər. Ən maraqlısı budur ki, “Masallı Rafiq” kimi tanınan Eyvazovun qulağının kəsilməsini hazırda Azərbaycanda həbsxanada cəza çəkən Quli “skayp” vasitəsilə şəxsən izləyib.
Qulaqsız qalan “qanuni oğru” Eyvazov isə bu təhqirə görə qisas almağa qərar verib.
Bu barədə məlumatlı mənbənin bildirdiyinə görə, Eyvazov Azərbaycan diasporu təmsilçilərinə göndərdiyi emosional bildirişdə hansı səbəbdən cəzalandırıldığını bilmədiyini deyib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub