Bakıda ailə faciəsi: Qardaş bacısını qətlə yetirib VİDEO+FOTO

648
Bakıda ailə faciəsi: Qardaş bacısını qətlə yetirib VİDEO+FOTO

Bakı şəhər sakini 31 yaşlı Anar Məsimov 2 gün əvvəl qısqanclıq zəminində bacısı, 32 yaşlı Nigar Məsimovanı qətlə yetirib. 

Mynews.az-ın Xəzərxəbər-ə istinadən verdiyi məlumata görə, Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında baş verən açıq cinayətin təfərrüatları məlum olub.

Bacısı ilə mübahisə edən oğlan onu qətlə yetirib.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Nigar Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş.

İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova isə bu iradlara məhəl qoymayıb. Ötən gün növbəti dəfə irad bildirilərkən Nigar Məsimova qardaşına kobud cavab qaytarıb. Bundan hiddətlənən Anar Məsimov mətbəx bıçağı ilə bacısına bir neçə zərbə vuraraq onu qətlə yetirib.

 

Hadisədən sonra evi tərk edən Anar Məsimov Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Oxu.az

Xəbər lenti