Həyətyanı sahədən çıxan qəribə əşyalar ailəni vahiməyə salıb. Əşyalar ailəyə cadu olunduğundan xəbər verir. İlahiyyatçılar belə halla qarşılaşanlara öz məsləhətlərini veriblər.
Cırılmış insan şəkli, nə yazıldığı anlaşılmayan 10-larla kağız parçaları və düyünlənmiş ip. Bakıda yaşayan bir ailə həyətyanı sahəni qazarkən bu mənzərə ilə rastlaşıblar. Bu hadisə hələ də caduya meylin qaldığından, bu işlə məşğul olanların varlığından xəbər verir.
İlahiyyatçılar qeyd edir ki, cadu eləyən və ya elətdirən şəxs ciddi günah işləyir. İnsanlar da cadunu ancaq Allahdan qorxusu olmayanların edəcəyini düşünürlər.
Cəmiyyətdə hələ də cadugərlik və buna maraq olsa də belə hallarla qarşılaşanda narahat olmaq lazım deyil. çünki, cadunun təsirlərindən qorunmağın yolları da var.
İlahiyyatcılar həmçinin tövsiyyə edir ki, sonradan peşman olmaqdansa həmin insanlar əvvəlcədən düzgün yol seçsinlər.
Xəzər TV-nin hazırladığı reportajı sizə təqdim edirik.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub