Son vaxtlar sakinləri bir məsələ daha çox narahat edir. Ev pulu verməliyəm, ya verməməliyəm? Ümumiyyətlə, bu yığılan ev pulu qanunidirmi? İstiPress xəbər verir ki, yığılan pul müqabilində sakinlərə normal xidmət göstərilmir. Bu gün bir çox vətəndaşlar kommunal xərclər sırasında ev pulu da ödəyirlər. Üstəlik, JEK-lərin tələb etdiyi ev pulundan (bəzi yerlərdə zibil pulu) əlavə bələdiyyələrin əmlak vergisi adı altında yığdığı pul vətəndaşları lap çaşbaş salıb.
Hər bir vətəndaş sahib olduğu əmlaka görə vergisini ödəməlidir. Bu sözləri mənzil üzrə ekspert Nüsrət İbrahimov deyib. “Hər bir vətəndaş yaşadığı evinin bazar dəyərinin 0.01 faizini dövlətə ödəməlidir. Bu həmin evin bazar qiymətinə uyğun aparılır. Ev sahibi həmin pulu ərazi üzrə bələdiyyəyə ödəməlidir. JEK isə ərazinin təmizliyinə görə pul alır.”

Hüquqşünas Vüqar Tofiqli JEK-lərsiz yaşamağın mümkün olduğunu deyir. Onun sözlərinə görə, vətəndaşlar özləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adı altında bir qurum yarada bilər.

“Burada heç bir problem yoxdur. Sadəcə bələdiyyələrin tam elektronlaşdırılmaması bir sıra problem yaradır. JEK-lər ləğv edilmiş bir strukturdur. Ancaq onlar da binanın bloklarının təmizlənməsi, fasadın təmiri və s. işləri görür. Çox təəssüf ki, jeklər bu işlərin öhdəsindən layiqincə gələ bilmir.”
Əgər MİS-lərin yığdığı pulnan binanın həyətində heç bir iş görülmürsə, sakinlər özləri bir cəmiyyət yarada, ora bina sakinlərindən birini rəhbər təyin edə bilər. Sakinlər zibil pulunu ödəməkdən imtina edib daşınmanı və təmizləməni öz üzərinə götürə bilər. İndiki halda qanunvericilik buna imkan verir.
Xatırladaq ki, Mənzil İstismar Sahələri kimi tanıdığımız jeklər 2009 – cu ildən ləğv olunub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub