DTX generalının ailəsində faciə - 3 ölü
![](https://img.mynews.az/news/2017/05/photo_10857.jpg)
Dünən Naxçıvan MR Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Mynews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus "Mersedes” markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi hələ ki, bəlli olmayan minik avtomobilləri toquşub.
Nəticədə "Mersedes” markalı avtomobildə olan Naxçıvan DİN-nin əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin Nizami Hissə rəisi, Polkovnik Minemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər.Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Mersedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.
Hadisə
- Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının vəziyyəti necədir?
- Azad olunmuş ərazilərdə yanğın: Helikopterlər cəlb olundu
- Xərçəngə tutulan qazi vəfat etdi
- Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidmətinin tarifi yenilənib
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq" 1007 dəfə oxunub
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da... 1002 dəfə oxunub
- “Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR 1001 dəfə oxunub
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq 973 dəfə oxunub
- Ağadadaş Ağayev "Xalq artisti" adından məhrum edilə bilər? 968 dəfə oxunub