USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanda ər hamilə arvadının boğazını kəsdi

13:30 09.05.2017
Azərbaycanda ər hamilə arvadının boğazını kəsdi
13:30 09.05.2017

Gəncə şəhərində hamilə qadın bıçaqlanıb.

Mynews.az Report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan ərazidə baş verib.

Hələlik adı məlum olmayan şəxs hamilə arvadı - 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti