Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Köhnə Xudat kəndi ərazisində qeydə alınıb.
Belə ki, Köhnə Xudat kəndindən İmamqulukənd kəndi istiqamətində hərəkət edən "VAZ-2115" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və dərəyə aşıb.
Hadisə nəticəsində avtomobildəki sərnişin, Qusarın Gədəzeyxur kəndinin 38 yaşlı sakini Yaşar Zöhrabbəy oğlu Haqverdiyev ağır xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər Y.Haqverdiyevin həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub