Bakı-Quba yolunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Shacman" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik maşını toqquşub. Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobil deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Müseyibov Fərid Cahangir oğlu hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb kimi VAZ-2107" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi qeyd edilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub