Bakılı qızın İrəvanda başına gələnlər

1499
Bakılı qızın İrəvanda başına gələnlər

Dəhşət yuxusu: Məni tualetə saldılar…

İrəvanda bakılı qaçqınlara qarşı edilən cinayətlər serial halını alıb.

İstiPress-in məlumatına görə, vəziyyət o qədər gərginləşib ki, artıq məsələ ilə bağlı şikayət üçün beynəlxalq təşkilatlara müraciət edən Bakı erməniləri adlarını gizli saxlamağa çalışırlar. Məsələn, bir neçə gün öncə Ermənistanın “epress.am” saytına məktub göndərilən bakılı qadının adı yazılmayıb. Sayt qadını qorumaq üçün onun adını dərc etdirməyib.

1988-ci ildə Qarabağda erməni millətçilərinin başladığı qarışıqlıqlarla bağlı Bakını tərk etmiş qadın hazırda Ermənistan vətəndaşlığından imtina etməyə çalışır. 

“Mən Ermənistan vətəndaşlığından imtina etməyi qərara aldmışam. Bir çox qaçqınlar kimi mən də onu məcburiyyət qarşısında qəbul etmişəm. Milliyətimdən imtina edib soyadımı dəyişəcəm ki, məni ermənilərlə heç nə bağlamasın. Ermənistanı qorxulu yuxu kimi unutmaq istəyirəm”, - deyə qadın vurğulayıb. 

Qadının dediyinə görə, Ermənistanda miqrasiya agentliyi onu insan ləyaqətini alçaldan yerdə məskunlaşdırıb: “Məni 12 kvadratmetrlik bir otağa yerləşdirdilər. Bu keçmiş yataqxana tualeti idi”.

Onun sözlərinə görə, indi onu həmin otaqdan da çıxarırlar. Çünki yataqxana rəhbəri ondan rüşvət istəyir. Otağı tərk etməyən qadının haqqında dedi-qodu yayıb, onu fahişəlikdə günahlandırırlar. Ermənistan miqrasiya xidmətində işləyən Gülnarə adında qadın onun haqqında məlumat toplayaraq Azərbaycanın casusu kimi qələmə vermək istəyir. Qadın bildirib ki, bu cür ittihamlardan qorxan yüzlərlə bakılı erməni İrəvandan qaçmağa məcbur edilib. 

Əslində, Bakı ermənilərinin faciəsi 1980-ci illərin əvvəlindən başlayır.  Mixail Qorbaçov hakimiyyətə gələndən sonra Qarabağ hərəkatı üçün pul yığan ermənilərə Bakı erməniləri də qoşulmuşdu. Onlar düşünürdülər ki, Qarabağ Ermənistana veriləndən sonra Azərbaycanda vəziyyətləri dəyişməyəcək. Buna görə də baş verənlərin sonu barədə düşünə bilmədilər.

Kanadada yaşayan erməni yazıçısı Vaahn Karapetyan “Azeri.Today”ə müsahibəsində etiraf edib ki, Qarabağ hərəkatına rəhbərlik edən avantüristlər bundan istifadə etdilər:

“Bir qrup avantürist Ermənistanın uzun illər dövlətçiliyinin olmamasından istifadə edərək onun otu alaqdan seçə bilməyən vətəndaşlarının düşüncəsinə təsir etdilər və xalqı dalana dirədilər, dilənçi gününə saldılar… Sonrası daha ağır oldu, Qarabağ fəalları Ermənistan hakimiyyətinin yuxarı səviyyələrini ələ keçirirlər. Bir işğalçı kimi taxta ələ keçirdikdən sonra Ermənistanın özünə gəlməmiş sakinlərini daha da güclü əsarət altına saldılar”.

Nə isə, Ermənistanı ələ keçirmiş Qarabağ erməniləri də Bakı erməniləri kimi Azərbaycanın keçmiş sakinləridir. Erməni xalqının başına Qarabağ səfalətini gətirən zaman onlar elə ilk dəstəyi Bakı və Gəncə ermənilərindən almışdılar. Amma hadisələrin sonrakı gedişində onların yolları ayrıldı. Rus dilli Bakı və Gəncə erməniləri, Şəmkirdən köçmüş kənd sakinləri bir qrup Qarabağ avantüristi tərəfindən aldadıldıqlarını anladılar. Elə Qarabağın sadə vətəndaşları da evlərini qoyub Rusiyaya qaçdılar. Amma daldan atılan daş topuğa dəyər. Bir də atalar demişkən, özü yıxılan ağlamaz. 

 

Xəbər lenti