Bakıda bıçaqlanma hadisəsi baş verib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu Əliyar Əliyev küçəsində yaşayan insanlar 45-50 yaşlı qadını küçədə qan içində görüb dərhal polisə və təcili tibbi yardıma müraciət ediblər. Həmin qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.
Araşdırmalarla müəyyən edilib ki, bıçaqlanan qadın paytaxt sakini, 1968-ci il təvəllüdlü Rıbinskaya Olqadır. O, həmin küçədə yerləşən doqquzmərtəbəli binanın zirzəmisində Abbasov Valeh Kamal oğlu tərəfindən bıçaqlanıb.
Bildirilir ki, həmin şəxslər arasında dava düşüb və qadın qaçarkən V.Abbasov onun kürəyinə bir neçə bıçaq zərbəsi endirib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub