Astarada bir neçə gün bundan öncə oğlu tərəfindən bıçaqlanan kişi ölüb.
Mynews.az APA-ya istinadən məlumatına görə, Astara şəhəri Nizami küçəsində oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri yetirilən, sonra bıçaqlanan Dadaşov Fərhad Xəlil oğlu bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, hadisə mayın 8-də baş verib. F. Dadaşov oğlu Xəlil Dadaşov arasında pul üstündə mübahisə baş verib, bu zaman oğul atasını bıçaqlayıb.
Xəlil Dadaşov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub