Dərs zamanı dünyasını dəyişdiyi bildirilən müəllimənin vəziyyəti əslində müəllimlərin diaqnostik qiymətləndirməsi məqsədilə keçirilən imtahanda pisləşib.
Mynews.az-ın Sputnik Azərbaycan-a istinadən verdiyi məlumata görə, hadisə Qax rayonunda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı baş verib.
Belə ki, dünən Təhsil Nazirliyi tərəfindən Qax Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Qiymətləndirmədə 12 mindən artıq müəllim iştirak edib. Qiymətləndirmənin gedişi zamanı Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın halı qəflətən pisləşib.
Onu dərhal Təcili Tibbi Yardım maşını ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva təqribən bir saatdan sonra dünyasını dəyişib. Xəstəxanadan müəllimənin bərk həyəcan keçirməsi səbəbindən öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub