Dünən Bakı şəhərinin Xətai rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Mynews.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atan 30 yaşlı Elgün Əsədov SOCAR-ın mühəndisi olub.
O, ailəli, 1 uşaq atası olub.
Bildirilir ki, Pirallahı rayonunda qeydiyyatda olan E.Əsədov bir müddət əvvəl Xətai rayonunda 16-cı mərtəbədə mənzil alıb və ailəsi ilə burada yaşayıb. Hadisə vaxtı isə onun ailəsi rayonda olub. Elgün bacısı ilə mənzildə olarkən qəfil pəncərəyə tərəf gedib və özünü atıb.
30 yaşlı E.Əsədovun bacısı deyib ki, qışqırıq səsi eşidib və eyvana doğru qaçıb. Bu zaman dəhşətli hadisənin şahidi olub.
Maraqlıdır ki, E.Əsədov intihar etməzdən əvvəl feysbuk səhifəsində ölüm anonsu verib. Onun statusunu və bəzi fotolarını təqdim edirik.

10:33
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Telnov küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan 1987-ci il təvəllüdlü Əsədov Əldən xalid oğlu özünü 16-cı mərtəbənin eyvanından atıb. O, hadisə yerindəcə ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub