Əməkdar artist Firuzə İbadovanı evindən borcuna görə çıxarırlar.
Mynews.az xəbər verir ki, mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova görə Badamdardakı yaşadığı evdən çıxarılır:
"Allah heç kimi mənim günümə salmasın. Lombarda girib, Orxana bir iş üçün 7 min pul verdim. O da ilk əvvəl işi həll edəcəyini deyərək, məni ümidləndirdi. Amma daha sonralar bu işin qeyri-ciddi olduğunu görüb, pulumu geri istədim. Vallah, indi Orxana görə borc içində üzürəm, pis vəziyyətdəyəm. Evin borcunu verə bilmirəm. Ona görə də evimdən çıxarırlar. Bu artıq 4-cü evimdir. Buradan da çıxarırlar. İnsafın olsun, ay Orxan! Pulumu qaytar! Elə bil mənim alnıma yazılıb, hamı məni aldadır. Pulumu almayana qədər ondan əl çəkməyəcəm. Orxan pulumu qaytarmasa, gedib evlərinin qarşısında "palatka" qurub, çöldə yaşayacam. Vallah, bu adam məni çox pis hala salıb, artıq dözə bilmirəm. (ağlayır) Bunların əlindən intihar edib, özümü öldürəcəm". /Lent.az/
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub