Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.
Mynews.az-ın Report-a istinadən məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub.
Ölənlərdən üçü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.
Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub.
Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
21:13
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub