Bu gün səhər saatlarında Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölən və yaralanan şəxslərin adları müəyyənləşib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, qəzada ölənlər Natəvan Hüseynova və onun qızı Aytəndir.
Xəsarət alan şəxslər isə Bakı şəhər sakinləri, 1991-ci il təvvəllüdlü Kənan Şükürov və 1992-ci il təvəllüdlü Afət Ağayevadır.
K. Şükürovun vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
11:04
Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb.
Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digər isə qadındır. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub