USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanda ana və qızı dəhşətli qəzada öldü YENİLƏNİB

12:02 15.05.2017
Azərbaycanda ana və qızı dəhşətli qəzada öldü YENİLƏNİB
12:02 15.05.2017

Bu gün səhər saatlarında Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölən və yaralanan şəxslərin adları müəyyənləşib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzada ölənlər Natəvan Hüseynova və onun qızı Aytəndir.

Xəsarət alan şəxslər isə Bakı şəhər sakinləri, 1991-ci il təvvəllüdlü Kənan Şükürov və 1992-ci il təvəllüdlü Afət Ağayevadır.

K. Şükürovun vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

**

11:15

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Mynews.az FHN-nin saytına istinadən xəbərinə görə, magistral avtomobil yolunun 101-ci km, Siyəzən rayonu ərazisində “Changan” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər “Changan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər yaralı və 2 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

***

09:38

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digər isə qadındır. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.


Xəbər lenti