Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Rəşad Həsənov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rəşad Həsənov 2 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Hakim hökmü elan edən zaman bildirib ki, Rəşad Həsənov zərərçəkmişlə barışıb. Hökm zamanı Rəşad Həsənovun iki azyaşlı uşağının olması da yüngülləşdirici hal kimi qiymətləndirilib.
Qeyd edək ki, hadisə bu il Yeni Suraxanı qəsəbəsində baş verib. Gədəbəy rayon sakini Rəşad Həsənov tanışı Balaxanı sakini Akif Quliyevlə mübahisə edib. Tanışlar arasında mübahisə söyüşlə nəticələnib. Bu zaman Rəşad Həsənov bıçaqla Akif Quliyevi bıçaqlayıb.
Suraxanı Polis İdarəsinin əməkdaşı tərəfindən Rəşad Həsənov həbs edilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub