Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elşən Qarayevin polis sıralarından xaric edildiyini təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev Lent.az-a açıqlamasında bildirib ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elşən Qarayev üzərinə düşən vəzifəyə məsuliyyətsiz yanaşdığı üçün xidmətdən kənarlaşdırılıb: “Həmin əməkdaş vəzifəsinə məsuliyyətsiz yanaşaraq qəbahətlərə və prosessual pozuntulara yol verib. Bu səbəbdən də barəsində dəfələrlə intizam tədbirləri görülüb. Lakin həmin intizam tədbirlərindən də nəticə çıxarmadığı üçün Daxili İşlər Nazirliyinin sıralarından xaric edilib”.
Lent.az-ın əldə etdiyi məlumata görə, E.Qarayev barəsində qərar təxminən 1 həftə əvvəl verilib.
Qeyd edək ki, E.Qarayevlə bağlı ilk xəbəri gununsesi.info saytı yayıb. Bildirilib ki, müstəntiq xidməti yerini özbaşına tərk edərək İsveçrəyə yollanıb və bu ölkədən siyasi sığınacaq istəyib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub