3 ədəd kofeinli içkiləri 2 saat ərzində içən yeniyetmə ölüb.
Mynews.az-ın verdiyi məlumata görə, Milli.Az "Mirror"a istinadla bildirir ki, həkimin dediyinə görə, Davis Allen Cripe adlı məktəbli yüksək dozada kofeinli içkiləri qısa müddət ərzində içdiyinə görə ölüb.
Cənubi Karolinadan olan 16 yaşlı Davis əvvəlcə McDonald`s-dan sifariş etdiyi latte, sonra isə iki ədəd içərisində yüksək dozada kofein olan içkilər içib.
O, içkiləri qəbul etdikdən 1 saat sonra məktəbdə yerə yıxılıb. Hadisə yerinə həkimlər çağırılıb. Məlum olub ki, o, həyatını bu içkilərə görə itirib.
Məsələ ilə bağlı araşdırma davam edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub