Bakının Yasamal rayonunda “İnşaatçılar” və “20 Yanvar” metrosu ərazisində 12 yaşlı Amin Zaur oğlu Dadaşov itib.
Mynews.az 1news.az-a istinadən xəbər verir ki, uşaq Bakıxanov qəsəbəsində idman məktəbinə getmək üçün evdən çıxsa da, məktəbə çatmayıb. Altıncı sinif şagirdinin əynində mavi köynək, cins şalvar, əlində məktəb portfeli olub.
Amin Dadaşov haqqında hər hansı informasiyası olan şəxslərdən: (055) 555-42-79, (055) 808-28-86 nömrələrinə zəng edərək qohumları ilə əlaqə saxlamaq xahiş edilir.
Polis, həmçinin oğlan haqqında hər hansı bir məlumatı olanlardan 102 nömrəsinə və ya Abdulvahab Salamzadə küçəsi, 1055-ci kvartalında yerləşən Yasamal Rayon Polis İdarəsinə 434-02-02 nömrəsinə zəng etməyi xahiş edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub