Tanınmış yazıçının oğlu 9 il həbs cəzası aldı AZƏRBAYCANDA

652
Tanınmış yazıçının oğlu 9 il həbs cəzası aldı AZƏRBAYCANDA

Tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Əziz Kərimzadə son sözlə çıxış edib. O, bəraət hökmünün çıxarılmasını istəyib: "Zərərçəkən İlahə mənə şər-böhtan atır. Digərlərinin isə şikayəti yoxdur. Onlardan da borc almışam? sonra da aparıb qaytarmışam. Ona görə barəmdə bəraət hökmü çıxarılmalıdır".

Hakimlər kollegiyası hökmü qəbul etmək üçün müşavirəyə yollanıb.
 
Hökmə əsasən, Əziz Kərimzadə 9 il müddətinə azadlıqdan məhrum edilib
 
Xatırladaq ki, prokuror çıxışında Əziz Kərimzadənin 10 il müddətə azadlıqdan məhrum etməsini təklif etmişdi.
 
Qeyd edək ki, ittiham aktına görə, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
 
Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.
 
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Xəbər lenti