Quba rayonunun Küsnət və Küsnətqazma kəndlərini birləşdirən yeganə piyada keçidi olan Qudyalçayın üzərindəki taxta körpünü sel dağıdıb.
"Report”un Şimal bürosu xəbər verir ki, mayın 11-də yağan güclü leysan yağışı nəticəsində yaranan sel kəndlər arasında gediş-gəlişi kəsib.
Geniş turizm potensialı olan Qubanın Küsnət və Küsnətqazma kəndləri rayon mərkəzindən 15 km uzaqlıqda yerləşir. Uzun illərdir burada yaşayan əhali Qudyalçayın üzərindən keçməklə bağlı çətinlik yaşayır. Çayın üzərində bir neçə dəfə körpü düzəldilsə də, sel yuyub aparıb. Sonuncu belə hadisə isə mayın 11-də baş verib.
Ötən gün kənd sakinləri taxtaları bir-birinə bağlayaraq müvəqqəti keçid düzəltməyə cəhd ediblər. Lakin taxtalar sındığından kənd sakini Səhhət Abbasov çaya yıxılıb. Onu son anda seldən xilas ediblər.
Körpünün olmamasına görə əsas çətinliyi məktəblilər və müəllimlər yaşayır. Məktəb Küsnətqazma kəndində yerləşdiyindən Küsnət kəndində yaşayan şagird və müəllimlər artıq 6 gündür məktəbə gələ bilmir.
Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov "Report”a açıqlamasında bildirib ki, hazırda planda hər hansı körpünün inşası yoxdur: "Şagirdlərin və müəllimlərin Küpçal kənd tam orta məktəbinə yerləşdirilməsi məsələsi müzakirə edilir. Gələcəkdə yolun uzun olmasını nəzərə alınaraq şagird və müəllimlər üçün avtobus da ayrıla bilər. Bu məsələni Təhsil Nazirliyi həll etməlidir”.

1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub