Bakının Nərimanov rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
“Tofaş” markalı avtomobildə “Koroğlu” metro stansiyası istiqamətində yüksək sürətlə hərəkət edən 1974-cü il təvəllüdlü Valeh Məmmədov idarəetməni itirərək ikinci yola keçib və burada kənarda duran “Mercedes”ə çırpılıb.
Hadisə nəticəsində “Tofaş”ın sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
“Mercedes”in Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərliyə məxsus olduğu bildirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub