Partlayış nəticəsində 2 nəfər xəsarət alıb
Bərdə şəhərində kanalizasiya quyusunda baş verən partlayışın səbəbi məlum olub.
Bərdə Su Kanalizasiya İdarəsinin rəisi Şəmil Ziyadov İstiPress-ə açıqlamasında deyib ki, vətəndaş Elşən Cavadov evinin qarşısında 6 metrlik kanalizasiya quyusu qazıb.
O qeyd edib ki, həmin kanalizasiya quyusunun Bərdə Su Kanalizasiya İdarəsinə heç bir aidiyyəti yoxdur, vətəndaşın özü tərəfindən qazılıb: “Bu gün Elşən Cavadovun anası Aşa Cavadova kanalizasiya quyusunun qapağını açıb və quyuya baxmaq üçün ora batareya işığı salıb. Partlayış da məhz bu zaman baş verib. Çünki kanalizasiya quyusunda həmişə metan qazı olur.
Qeyd edək ki, hadisə təqribən saat 16 radələrində, Ədalət Ədilə küçəsində qeydə alınıb. Nüşabə Naibovanın evinin yaxınlığındakı quyuda yaranan partlayış nəticəsində iki nəfər yaralanıb. Yaxınlıqdakı avtomobil də zərər görüb. Avtomobilin sahibi Niyaməddin Qarayev də yanıq xəsarətləri alıb. Hər iki yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yardım göstərilən yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub