Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb.
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna "Kalaşnikov" avtomatından atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Atəş nəticəsində xəstəxanaya yerləşdirilən E. Dadaşovun müalicəsi davam etdirilir.
Araşdırma aparılır.
***
Bakıda gənc oğlan güllələnib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğlu Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub