Ucarda iki maşının iştirakı ilə vurulan piyada hadisə yerində ölüb.
Mynews.az APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində baş verib.
Sürücüsü hələlik məlum olmayan 20 DC 331 dövlət nömrə nişanlı "Skoda" markalı minik maşını yolu keçən piyada rayonun Alpout kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Mirzəhüseyin oğlu Kərimovu vurub.
Şahidlərin sözlərinə görə, hadisə törədən sürücü zərərçəkənə kömək etmək istəsə də Gəncə istiqamətdə yüksək sürətlə hərəkət edən "İkarus" markalı avtobus B. Kərimovun üstündən keçib və o, maşını saxlamayaraq hadisə yerindən qaçıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub