Ağdaş rayonunda yol polisi əməkdaşını minik avtomobili vurub.
Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 245 km-də, Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində, heyvan bazarının qarşısında qeydə alınıb.
Rayonun Ləki qəsəbə sakini Ələsgər Daşdıyev idarə etdiyi 19-BB-772 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən heyvan bazarının qarşısında avtomobillərin sıxlığı səbəbindən yolu tənzimləyən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı, 1986-cı il təvəllüdlü Qasımov Emin Şakir oğlunu vurub.
Avtomobil Emin Qasımovun ayağının üstündən keçib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda polis əməkdaşının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub