Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.
“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Həlak olanların kimiliyi məlum olub.
Onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.
Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir. Əhmədov Elçin Cahangir oğlunun tələbə, digər şəxslərin isə İmişli şəhəri 5 saylı orta məktəbin şagirdləri olduğu bildirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub