Hindistanın ən məşhur rəqqaslarından biri Omanakuttan səhnədə qəflətən yıxılıb və vəfat edib.
Mynews.az Panorama News-a istinadən bildirir ki, faciə Hindistanın cənubundakı Paravur şəhərində, yerli məbədlərdən birində keçirilən dini rəqslər bayramında baş verib.
48 yaşlı Omanakuttan müəllimi Sivan Malyankara ilə birlikdə səhnədə "Bharathanatyam" rəqsini ifa edərkən qəflətən yıxılıb. Tamaşaçılar ilk əvvəl məşhur rəqqasın yeni rəqs nümayiş etdirdiyini düşünüblər. Lakin S.Malyankara nə baş verdiyini anlayıb və səhnənin pərdəsini aşağı salıb.
Omanakuttan təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, artıq gec idi.
Məşhur rəqqas Omanakuttan son 25 il ərzində 400 konsert vermişdi.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub