Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Qazax magistralının 112-ci kilometrliyində avtomobil yoldan çıxaraq aşıb. Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir.
19 yaşlı Elvin Hüseynov, 18 yaşlı Əlizamin Azadlı , Elçin Əhmədov , 17 yaşlı Murad Süleymanlı və Əmiraslan Əmiraslanlı əzilərək ölüblər.
Ölənlərin hamısının Maliyyə -İqtisad Kollecinin tələbələri olduğu bildirilir.
Ağdaşda isə piyadanı maşın vurub. Hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax magistralının Zeynəddin kəndi ərazisindən keçən hissəsində baş verib. Ələsgər Daşdıyevin idarə etdiyi minik maşını yolda xidmət aparan 29 yaşlı Ağdaş rayon polis şöbəsinin əməkdaşı Emin Qasımovu vurub. Xəsarət alan Emin Qasımov dərhal rayon mərkəzi xastəxanasının reanimasiyası söbəsinə gətirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.