Lənkəranda yaşayış evlərindən birində qeyri-adi və sirli yanğın baş verir.
Mynews.az Lent.az-a istinadən verdiyi məlumatına görə, Lənkəranın aşağa Nüvədi qəsəbəsindəki evlərdən birində görünməmiş olay yaşanır.
Belə ki, qəsəbə sakini 1948-ci il təvəllüdlü Davud Bağırzadəyə məxsus evdə 45 gündür, mənbəyi bilinməyən yerdən divarların, ev əşyalarının üzərinə su tökülürmüş. Su axan ərazilər qazılsa da, suyun mənbəyi aşkar olunmayıb.
Bildirilir ki, artıq iki gündür, həmin evdə ayrı-ayrı vaxtlarda gün ərzində 20-25 dəfə kiçik yanğın hadisələri baş verir. Ayrı-ayrı vaxtlarda, xalça, geyim əşyaları yanır. Ev
Yanğın zamanı hadisə yerinə dərhal FHN əməkdaşları çağırılıb və yanğınsöndürənlər baş verən hadisənin qarşısını alıblar. Yaşayış evindən bütün əşyalar təxliyyə olunub.
Buna baxmayaraq, evdən çıxarılan əşyalar yığıldığı qarajda da yanır. Bu gün isə evin qapısı və pəncərəsi alışıb yanıb.
Qeyd edək ki, evdə bütün elektrik və qaz təsərrüfatı söndürülüb, lakin kiçik yanğınlar davamlı olaraq müşahidə olunur.
Maraqlı detal isə odur ki, bu gün bu qeyri-adi evə din xadimləri də dəvət olunub. Onlar bu hadisəni təəccüblə qarşılayıblar.
Onu da bildirək ki, evdə bir ailənin 6 üzvü yaşayır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub