Şəkidə 37 yaşlı kişi qaynı tərəfindən döyülüb.
Mynews.az Apa.az-a istinadən xəbər verir ki, mayın 20-i axşam saatlarında rayonun Aşağı Küngüt kənd sakini, 1980-cı il təvəllüdlü Mehman Fərman oğlu Zəkəryəzadə döyülmə xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Şəki MRX-dan APA-ya bildirilib ki, 37 Mehman Zəkəryəzadəyə döyülmə nəticəsində qarnının küt travması, sağ döş qəfəsinin əziyi, qabırğa sınığı, ağız və çənənin əziyi xəsarətləri alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Aşağı Küngüt kənd inzibati ərazisində baş verib. Mehman Zəkəryəzadə ilə qaynı arasında istintaqa hələki məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Mehman Zəkəryəzadəyə qaynı tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub