USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanda ailələrinin yanına gedən 5 tələbənin dəhşətli sonu HAMISI ÖLDÜ - YENİLƏNİB

11:07 21.05.2017
Azərbaycanda ailələrinin yanına gedən 5 tələbənin dəhşətli sonu HAMISI ÖLDÜ - YENİLƏNİB
11:07 21.05.2017

Dünən Hacıqabul rayonunda baş vermiş dəhşətli qəzada vəfat edən 5 tələbə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Baklı-Qazax magistralının 112-ci kilometrliyindəki döngədə aşan “Hyundai Accent” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobildə vıfat edən 5 gəncin hamısı İmişli rayon 5 saylı orta məktəbin məzunları olub. Onlar məktəbi 9-cu sinifdən bitirərək Bakıdakı Maliyyə İqtisad Kollecinə daxil olublar. Bakıda bir yerdə qalan dostlar altıncı-bazar günləri dərs olmadığından rayona ailələrinin yanına yola düşməyə qərar veriblər. Lakin Hacıqabul şəhəri yaxınlığında sürətlə hərəkət edən avtomobil döngəyə daxil olarkən idarəetmədən çıxaraq aşıb və 5 gənc hadisə yerindəcə vəfat edib.

Qəzada ölənlərdən ikisi xalaoğludur. Onlar əslən rayonun  Cəfərli kəndindəndir.

Artıq vəfat edən tələbələrin hamısı dəfn edilib.

xxxxx

20 may

17:31

Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məluma olub

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Qəzada həyatını itirənlərin hamısı Maliyyə-İqtisad Kollecinin tələbələri və İmişli rayon sakinləridir.

***

15:24

Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.  

“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.


Xəbər lenti