Göyçay rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün günorta saatlarında Göyçay şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki bina 1, ev 1 ünvanında yerləşən mənzildə qeydə alınıb.
Şabran rayon sakini olan və Göyçayda yaşayan 1992-ci il təvəllüdlü Məmmədov Cəfər Mehman oğlu sirkə turşusu içərək özünü zəhərləyib. C. Məmmədov ağır vəziyyətdə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra xəstə müalicə üçün Bakıya aparılıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 16 yaşlı gəncin özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. Onun Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil aldığı və rayonda kirayə tutduğu evdə qaldığı bildirilir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sosial səhifələrdə paylaş
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub