İstanbulun Beylikdüzü qəsəbəsində yarıçılpaq şəkildə 8-ci mərtəbənin pəncərəsindən atılaraq intihara cəhd edən qadını əri tutaraq yuxarıya çəkməyə çalışıb. Ancaq qadın on metrlərlə yüksəklikdən düşərək yerə çırpılıb.
Mynews.az-ın məlumatına görə, Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saat 5 radələrində baş verib. İddiaya görə, 38 yaşlı Ayşegül Güngör hələ bilinməyən bir səbəblə özünü yaşadığı binanın 8-ci mərtəbəsindən ataraq intihar etmək istəyib. O, məqamda qadının əri Ayhan Güngör həyat yoldaşını pəncərədə tutaraq yuxarıya çəkməyə çalışıb. Əri Ayşegül Güngörü daha çox saxlaya bilməyincə qadın on metrlərlə yüksəklikdən düşərək yerə çırpılıb.
Ağır yaralanan qadın edilən ilk müdaxilənin ardından təcili yardımla özəl bir xəstəxanaya çatdırılıb. Ağır yaralanan qadının müalicəsi davam edir.
Polis hadisəylə əlaqədar araşdırma başlatdı.
Həmin dəhşətli anlar bir vətəndaşın mobil telefonu ilə anbaan görüntülənib:
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub