18:22
Bakıda yaşayış binasında baş vermiş yanğının qarşısı alınıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğında iki qardaş ölüb.
Onların kimliyi dəqiqləşdirlir.
Araşdırma aparılır.
----------
18:16
Bakıda yaşayış binasında baş vermiş yanğının qarşısı alınıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Araşdırma aparılır.
---------
17:48
Binəqədi rayonunda yerləşən beşmərtəbəli binaların birində yanğın hadisəsi baş verib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospekti, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən binada qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov "Qafqazinfo"ya bildirib ki, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub:
"Yanğın binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində başlayıb. Aşağı mərtəbələrin sakinləri özləri binanı tərk ediblər, yuxarı mərtəbələrdə yaşayanlar isə FHN əməkdaşları tərəfindən təxliyyə olunub. Xəsarət alanlar haqda hələ ki, məlumat yoxdur. Ətrafdakı tikililər yanğından mühafizə olunub".
---------
17:45
Bakıda yaşayış binası yanır.
hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub