Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı küçəsi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakinləri Rəhim Cabbar oğlu Məcidovun idarə etdiyi “VAZ-21015” və Hümbət Mikayıl oğlu Vəliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları gəliblər. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və yararsız hala düşən avtomobillər evakuasiya edilib. Cərimə meydançasına aparılan zaman “VAZ-2106” markalı avtomobil evakuatordan aşıb. Hadisə evakuatorun sürücüsünün təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub