Bakıda avtoriteti yataqda qətlə yetirdilər YENİLƏNİB

655
Bakıda avtoriteti yataqda qətlə yetirdilər YENİLƏNİB

"Yaşka Bakinski" ləqəbi ilə məşhur olan kriminal avtoritet Baləhmədov Baləhməd Əliməmməd oğlu, dünən Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki şəxsi evində öldürüb. 

 Mynews.az bildirir ki, bu barədə Sputnik Azərvbaycan-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib. 

Qətllə bağlı əvvəllər dəfələrlə məhkum olmuş, 1976-cı il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu saxlanılıb. O, "Yaşka Bakinski"nin qohumudur. İlkin araşdırma zamanı məlum olub ki, qətl hadisəsi qohumlar arasında bir müddət əvvəl baş vermiş münaqişənin nəticəsidir. Ağayev Baləhmədovun evinə girib və onu yataqdaca bıçaqlayıb.

Məlumata görə, qətl törədilərkən evdə Baləhmədovdan başqa onun ailə üzvləri də olub və hətta Ağayevə qapını da onlar açıblar.

Qeyd edək ki, keçmişdə Baləhmədov həqiqətən də kriminal avtoritet olub, üstəlik "taclandırılıb" da. Lakin bir müddət keçəndən sonra o, "qanuni oğru" titulundan məhrum edilib.

Rusiya KİV-ləri "Yaşka Bakinskini" öldüyünü zənn etsələr də, dəqiq tarixini bilmirlərmiş. Lakin göründüyü kimi, 1952-ci il təvəllüdlü Baləhmədov xəlvəti həyat yaşayırmış və mayın 22-də öldürülüb.

Hüquq-mühafizə orqanlarının qeyd etdiyinə görə, patoloqoanatomlar qətlə yetirilmiş şəxsin çiynində 2 səkkizguşəli ulduz döymə və dizlərində də iki ulduz döymə aşkarlayıblar. İstintaq davam edir.

08:04

Bakıda qətl törədilib.

Qarabağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə,  hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1951-ci il təvəllüdlü Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

Məlumata görə, bundan əvvəl B. Baləhmədov E.Ağayevi bıçaqlayıb. Bir ay sonra isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən E.Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri aparılır.

Xəbər lenti