Bakıda intihara cəhd olub.
Mynews.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11.30 radələrində “Azneft” dairəsi yaxınlığında yerləşən banklardan birinin qarşısında qeydə alınıb.
Banka gələn müştəri - 64 yaşlı Ramiz Manafov üzərinə benzin tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin köməkliyi ilə yanğın söndürülüb, o, dərhal xəstəxanaya çatdırılıb.
Xəstəxanadan APA-ya verilən məlumata görə, R. Manafovun vəziyyəti ağırdır. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bu barədə ilk məlumatı "musavat.com" yayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub