Dünən Bakı şəhərinin Bilgəh qəsəbəsində baş vermiş güllələnmənin təfərrüatı məlum olub.
Mynews.az bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, qəsəbə sakini 35 yaşlı Ramid Rəhimovun güllələdiyi 41 yaşlı Tərlan Dadaşov onun qohumu olub. Belə ki, Tərlan bir müddət əvvəl Ramiddən 3 min manat borc pul alıb. Lakin o, pulu vəd etdiyi vaxtda geri qaytarmayıb. Maddi vəziyyəti pisləşən Ramid Rəhimov isə pulu növbəti dəfə geri almağa çalışıb və bu zaman onlar arasında dava-dalaş olub.
Daha sonra 35 yaşlı Ramid Rəhimov kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəngi götürərək qohumunu öldürməyə gedib. Ramid Tərlanın baş nahiyəsinə atəş açsa da, güllə onun boyun nahiyəsinə dəyib.
Qeyd edək ki, T.Dadaşov əvvəllər məhkumluq həyatı yaşayıb. R.Rəhimov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub