Mingəçevir Dövlət Dram Teatrının aktyorları arasında əlbəyaxa dava olub.
Mynews.az AzNews.az-a istinadla xəbər verir ki, teatrın aktyorlarından olanAsim Məmmədov və İlqar Rəhimov mübahisə zamanı bir-birinə külqabı atıb. Nəticədə külqabı teatrın qocaman aktrisası, Əməkdar artist Ella Yaqubovanın başına dəyib. Aktrisa aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.
Teatrın direktoru Səxavət Məmmədov açıqlamasında baş verən hadisəni təsdiqləyib:
“Asim Məmmədovla İlqar Rəhimovun arasında mübahisə düşüb. Onların ikisi də teatrın daxili nizam-intizam qaydalarını pozub. Mən də rəhbər olaraq bununla bağlı tədbir gördüm. Hər ikisi cəzalanıb və töhmət verilib”.
Səxavət Məmmədov Əməkdar artist Ella Yaqubovanın səhhəti ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Ella xanımın 70 yaşı var, insanların gözü önündə ayağı sürüşüb və yıxılıb. Bir balaca başından zədə alıb. Təcili Yardım çağırdıq, tibbi yardım göstərdilər. Əgər doğrudan da Ella xanımın başına külqabı dəysəydi, işə polis qarışardı”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub