Dövlət Yol Polisi İdarəsinin baş istintaq və təhqiqat bölməsi araşdırmaya başlayıb.
Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
İstiPress-in Şəki bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində Qaraməryəm - İsmayıllı - Şəki magistiral yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib.
Oğuz rayonu Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Şövkət Bəhərçin oğlu Qarayevin idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə Oğuz şəhər sakini 1969-cu il təvəllüdlü Bəhruz Ərzuman oğlu Rüstəmovun idarə etdiyi “Ford” markalı yük maşını toqquşub. Qəzadan sonra "Mersedes" markalı avtomobilin sürücüsü Ş.Qarayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ş. Qarayevin həmkəndlisi olan sərnişini, 1988-ci il təvəllüdlü Cavad Əlövsət oğlu Cabbarov və yük maşının sürücüsü B. Rüstəmov aldıqları xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub