Bərdə rayonunda sərxoş sürücü qəza törədib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi “Toyota-Prado” markalı avtomobil toqquşub.
Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“VAZ-2107”-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub.
Qeyd edək ki, “Toyota-Prado” markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir.
Faktla bağlı araşdırmalara başlanılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub