SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu - FOTOLAR

1268
SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu - FOTOLAR

Qəbələdə tanınmış Haciyev Arifin oğlu Səttar Hacıyev Nurçulardan ibarət quldur dəstənin qurbanı olub.

Sonxeber.az bildirir ki, o, big.az-a bunları danışdı:

"Nikoil" bankdan götürdüyüm krediti ödəməkdə çətinlik çəkdiyim üçün Ayaz Əliyev adlı tanışımdan borca 4000 AZN pul istədim.
O da öz növbəsində borca yox, sələmə pul verdiyini bildirdi. Dediyinə görə, sələmdə 300 000 manatdan çox pulunun dövr etdiyini bildirərək nə qədər lazımdırsa, mənə sələmə - aylıq 10 faizlə verə bildiyini söylədi.
Razılaşma əsasında ondan 10 faizlə 4000 AZN götdüm. Razılaşmaya əsasən, bir ay sonra 4400 AZN qaytarmalı idim. Üzərindən 7-8 gün keçdikdən sonra Ayaz məni "Nurçu" cəmiyyətinə qoşulmağı təklif etdi və məni gecələr toplaşdıqları məclislərə dəvət də etdi.
Bunun müqabilində məndən aylıq 3500 AZN cəmiyyətin fonduna pul ödəməyi tələb etdi. Əvəzində, qısa zamanda hər şeyin dəyişəcəyini və bu cəmiyyət vasitəsi ilə mənim imkanlarımın genişlənəcəyinə dair vədlər verirdi. Təbii ki, mən bütün bundan imtina etdim və hətta ona düzgün yolda olmadığını bildirdim.
Elə bu söhbətdən 2-3 gün sonra Ayaz mənə təcili olaraq 6000 AZN ödəməli olduğumu dedi. Bu pulu ödəməyim üçün məni başqa tanışının üzərinə göndərdi. Onlar da öz növbəsində Ayaz kimi faizi vaxtından əvvəl qaldırmaqla məni soymağa başladılar.
Sən demə, Ayaz Əliyev haqqımda digər tanışlarına - Elgün Hüseynov, Simyar Əskərəliyev, Ayaz Əliyev, Vaqif Osmanov, Emin Quliyev, Seferov Samir, Seferov Nadir, Seferov Ramin, Kazımov Ceyhun və digər qrup üzvlərinə ötürüb. Onlar da özlərini MTN Kapitanı, MTN Nərimanov rayon rəisi, DİN əməliyyat müvəkkili, kriminal aləmlə yaxın şəxslər kimi, yuxarı dərəcəli nurçu kimi, türmədə rəis müavini, Eldar Mahmudovun sürücüsü kimi təqdim edərək - silahla, saxta vəsiqə ilə məni hədələyərək nağd pul və əmlak şəklində mənim 700 000 AZN vəsaitimi mənimsəyiblər.

Sonuncu dəfə isə iki nəfər məni Əhmədli metrosu ərazisində döyərək, məndən 170 000 ABŞ dolları pul istədilər. Mən də hadisə Xətai ərazisində baş verdiyi üçün Xətai Prokurorluğuna müraciət etdim. Bundan sonra cinayət işi başladı və İstintaqı üçün Xətai polis İdarəsinə göndərildi.
İşi Baş Müstəntiq Vüsal Şahbazov aparırdı.
Lakin istintaq lazımi qaydada aparılmadığı, işə biganə yanaşıldığı, cinayətkarların əksəriyyətinin, o cümlədən, şahidlərin dindirilmədiyi, səslər ekspertizaya göndərilmədiyi halda, mənə işin məhkəmədə olduğunu bildirirdilər. Dəstənin digər üzvləri ilə məhkəmə çəkişməsinin olmadığı və etdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmədikləri fakt olsa da lazımi tədbir görülməmişdir.
Cinayət işi başlandıqdan sonra Ayaz Əliyev üzərimə avtomobil sürdü,
məhkəmələrə Nurçular vasitəsi ilə müdaxilə etdirdiyini bildirdi və hətta yenidən cəmiyyətin fonduna pul ödəməyi tələb etdi. Dayısı Teymura əmr verərək mənə psixi təsir etməyə başladılar.
Hədələr bitmədiyindən mən Birinci xanım Mehriban Əliyevaya, Prezident İlham Əliyevə, DİN rəhbərliyinə müraciət ünvanladım və İstintaq DİN Baş İstintaq İdarəsi tərəfindən nəzarətə götürüldü".

Bundan əlavə, Səttar Haciyevin Big.az-a onu da bildirdi ki, cəmiyyətdə onunla bağli böhtan xarakterli məlumatlar yayirlar. 3 gün əvvəl DİN Baş İstintaq İdarəsinə dəvət edildiyini və İstintaqın şəffaf aparılacağından narahat olmadığını bildirib:
"DİN rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. İndi bildim ki, ölkəmizdə qanunlar yüksək səviyyədə işləyir. Onu da bildirmək istəyirəm ki, kiminsə başına cinayətlə oyun açıblarsa, əminliklə deyə bilərəm ki, narahat olmasınlar. Çünki ölkəmizdə hüquq-mühafizə orqanları yüksək peşəkarlıqla çalışır. Təbii ki, bu da cənab Prezidentimiz İlham Əliyevin əməyinin bəhrəsidir".

İşlə bağlı sənədləri və adı çəkilən dəstə üzvlərinin şəkillərini sizə də təqdim edirik:

SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:

SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:

 

Xəbər lenti