Son günlərdə kiçikdən-böyüyə hər kəsin əlində bir stress çarxı var. Mütəxəssislər ailələrə stress çarxının zərərlərinə görə xəbərdarlıq edir.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, hal-hazırda uşaqların əlindən düşməyən stress çarxı işıqlı və döyüş sənəti silahlarını xatırladan müxtəlif dizaynlarıyla bazarı ələ alıb. Ancaq bu qədər məşhurluqla yanaşı, stress çarxı bir sıra qəzalara da yol açır.

Sosial şəbəkələrdən birində ana oğlunun başına gələn hadisəni belə izah edib: "Çarxı çox yüksək sürətlə fırladığı üçün tuta bilmədi. Gözünün kənarına dəyərək yaraladı. Gözünə dəysəydi, kor ola bilərdi, hətta gözü tökülə bilərdi".

Başqa bir ana isə qızının çarxın üzərində olan halqalardan birini səhvən udduğunu və boğulmaq üzrə olduğunu deyib: "Avtomobil sürərkən arxa oturacaqda oturan qızımın öskürdüyünü eşitdim. Aynadan baxanda üzünün qıpqırmızı olduğunu və ağzından tüpürcəklər axdığını gördüm."

Mütəxəssislər stress çarxının 8 yaşdan kiçik uşaqlar üçün uyğun olmadığını qeyd edirlər.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub